Bakıda dollar növbəsi – FOTO – VİDEO

Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub.

Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.

Artıq paytaxtın bəzi yerlərində dollar üçün “qara bazar” – qeyri-rəsmi vayuta dəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif edirlər. 

Hələlik Mərkəzi Bankdan bir rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilə var. Mərkəzi Bank dekabrın 21-də “üzən məzənnə” rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər. 

Dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrindən birində axşam saatlarında gördüyümüz mənzərənin fotolarını təqdim edirik. Həmin məntəqəd məznnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik idi:

LuxLife.Az

Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz. 

{youtube}W8ptxnVsxqw{/youtube}

{gallery}dollar_novbesi{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol