Azərbaycanda dollar satışı dayandırıldı: “qara bazar” və saxta pullar dövriyyəyə keçdi 

Bir neçə dəqiqə bundan əvvəl ölkə ərazisində rəsmi səviyyədə dollar satışı dayandırılıb.

“LuxLife” xəbər verir ki, günorta saat 1-ə qədər bəzi banklardan dollar almaq mümkün olsa da, saat 1 tamamda bütün banklarda eynivaxtda satış dayandırılıb. 

Belə bir vəziyyət əhali arasında böyük ajiotaja səbəb olub. Əllərindəki manatların sabaha qədər heç bir dəyəri olmayan kağıza dönəcəyindən qorxan vətəndaşlar “qara bazara” üz tuturlar. Rəsmi məzənnəsi  1.5540 manat olan dolları 2 manata və daha yüksək qiymətə alırlar. 

Bu arada “saxta dollar” problemi də ortaya çıxır. Ekspertlər əhalini ehtiyyatlı olmağa çağırırlar. “Qara bazar”da saxta dollarların da dövr edə biləcəyini deyən ekspertlər pulu yalnız rəsmi mübadilə məntəqələrində dəyişməyi tövsiyyə edirlər. Rəsmi satış nöqtələrinin isə qapıları bağlaması əhalidə “qara bazardan” başqa çıxış yolu qoymayıb. 

Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol