Dəhşətli revmatizm ağrılarını sakitləşdirən bitkilər

Revmatizm ağrıları insanları ən çox narahat edən problemlərdən biridir.

Bu xəstəlik adətən yaşlı insanlarda rast gəlinir. Lakin gənclər də bu xəstəlikdən əziyyət çəkir.

Revmatizm ağrısını bəzi bitkilərlə azaltmaq mümkündür. Bu məsləhətlər duzlaşmanın da qarşısını alacaq.

Revmatizm ağrılarını sakitləşdirmək üçün ayaqları rozmarin yağı ilə masaj edin. Bu yağ oynaqlardakı ağrını sakitləşdirmək üçün çox effektlidir.

Dəfnə yağı da revmatizm ağrılarını azaltmaq gücünə malikdir. Bu yağı revmatizm üçün faydalı olan digər yağlarla qarışdırıb ayaqları masaj  etmək mümkündür.

Gündə bir ədəd alma yemək də revmatizmin mənfi təsirlərini minimuma endirir. Bu sizi ürək və  qan dövranı problemlərindən qoruyacaq. Alma bədənə duz yığılmasının qarşısını alaraq ağrını sakitləşdirir.

İtburnu bitkisinin meyvələrindən çay dəmləyib için. Həftədə 3 dəfə bu çaydan içsəniz, revmatizm nəticəsində yaranan dözülməz ağrılar azalacaq.

Aspirin də revmatizm ağrılarına qarşı ən təsirli vasitələrdən hesab olunur.

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol