YENİLƏNMƏ: Azərbaycanlı müğənni Vyanada özünə toy etdi – FOTO – VİDEO

Rusiyalı opera müğənnisi Anna Netrebko ilə azərbaycanlı müğənni Yusif Eyvazovun toyu baş tutub.

Yeni fotolar, video və mətn əlavə edilib: 

09:21 – 30.12.2015

Bu gün azərbaycanlı müğənni, tenor Yusif Eyvazovun Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko ilə toyu olub.

Cütlüyün nikahı Vyananın dəbdəbəli “Hofburq” sarayında baş tutub. Daha sonra onlar yaxınları ilə birlikdə toy mərasimlərinin keçiriləcəyi Lixtenşteyn sarayına gediblər.

Rusiyalı müğənni Filipp Kirkorov şahid kimi iştirak edib. Mərasimdə Iqor Krutoy və bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib. Toya təxminən iki yüz qonaq dəvət olunub.

Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov ötən ilin avqustunda nişanlanıblar. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

—————————————

02:25 – 29.12.2015

Sosial şəbəkədə Vyanada gerçəkləşdirilən mərasimdən ilk fotolar yayılıb. Annanın gəlinliyi dizayner İrina Vityaz tərəfindən tikilib, tacı və üzüklər isə məşhur “Chopard”dan olub.

Deyilənlərə görə, A.Netrebkonun aksesuarları bir milyon avrodan çox dəyərə malikdir. Anna ilə Yusifin toyunda Filipp Kirkorov, İqor Krutoy, Plasido Dominqo, Valeriya Qerqiyev kimi rusiyalı tanınmışlar da iştirak ediblər.

A.Netrebkonun 7 yaşlı oğlu Tyaqo anasının toyunda çərkəzi çuxada olub.

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

{gallery}f{/gallery}

{youtube}kXGZlB3z5tw{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol