Daha bir məşhur müğənninin dollar narazılığı – FOTO

Azərbaycanda manatın məzənnəsinin aşağı düşməsindən yaranan iqtisadi çətinliklər müğənnilərə də təsirsiz ötüşməyib.

Artıq bir neçə müğənni dolların məzənnəsi ilə bağlı çətinliklərlə üzləşdiyini bəyan edib. Bu gün həmin müğənnilərin sırasına tanınmış ifaçı Roza Zərgərli də qoşulub. “LuxLife” xəbər verir ki, müğənni Facebook sosial şəbəkəsindəki profilində aşağıdakı statusu yazıb: 

“Yeni ilin gəlişinə 1-2 gün qalmasına baxmayaraq, insanlarda bayram əhval-ruhiyyəsi, bayram ab-havası görünmür. Bilmirəm mən görmürəm, yoxsa doğrudan belədir… Səbəb hər kəsə məlum olan dolların qalxmasıdır, yoxsa…?”

Xatırladaq ki, dekabr ayının 21-də Mərkəzi Bankın qərarı ilə manatın “üzən məzənnəyə” keçməsi milli valyutamız kəskin şəkildə dəyər itirib. Manat 50% ucuzlaşaraq 1.55 dollar olub. 

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol