iOS 9-u yükləyə bilərsiniz

iOS 9 əməliyyat sisteminin yeni versiyası iPhone, iPad və iPod touch istifadəçiləri üçün əlçatan olub. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, iOS 9 sistemində informasiyanı bir proqramdan başqasına köçürməyə imkan verən çoxpəncərəli funksiya istifadəyə verilib. Məsələn, digər bir yeni funksiya internetdə işləyərək məktub tərtib etməklə yanaşı, video izləməyə imkan verir.  Siri səs assistenti Twitter və Facebookla inteqrasiya edilib. 

iOS 9 mobil əməliyyat sistemi iPhone 4s və yuxarı modellər, iPad 2, yığcam iPad mini və həmçinin 5-ci və 6-cı nəsil iPod touch pleyerlərini dəstəkləyir. 

Əməliyyat sisteminin yeni versiyası Apple şirkətinin müvafiq qurğuları üçün ödənişsiz əlçatandır və onu yükləmək üçün qurğuda 1,3 QB boş daxili yaddaş lazımdır. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol