Dünya ulduzlarının sevimli kosmetik proseduru

HydraFacial 80 ölkədə tətbiq olunan dərinin cərrahi müdaxiləsiz cavanlaşdırılması texnologiyasıdır.

“Hidrodermabraziya” adlandırılan bu unikal metodika 2006-cı ildə Amerikada aparat kosmetologiyasına liderdik edən “Edge Systems” şirkəti tərəfindən işlənib-hazırlanmışdır. Prosedur bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə dəri bərpa olunur. Kosmetoloq individual başlıqların köməyilə dərini qurumuş qalıqlardan ehmalca təmizləyir və onu dərhal nəmləndirir.

İkinci mərhələdə dəri dərindən təmizlənir. Mütəxəssis yeni başlıqdan istifadə edərək dərini qara nöqtələrdən təmizləyir, dərini antibakterial və iltihaba qarşı serumla təmin edir.

Nəhayət, üçüncü mərhələdə dərinin müdafiəsi və zənginləşdirilməsi prosesi baş verir. Mütəxəssis dərini təmizləyib nəmləndirərək, onu yeni başlıq vasitəsilə vitamin və antioksidantlarla zənginləşdirməyə başlayır.

Prosedurun sonunda mütəxəssis dəriyə mütləq günəşdən müdafiə vasitəsi çəkir, çünki hətta ən müdafiəli dəri pilinqi belə dərini günəş şüalarına qarşı həssaslaşdırır. HydraFacial Beyonse, Holli Berri, Peris Hilton, Skarlet Yohanson və Metyu Makkonaxi kimi Hollovud ulduzlarının rəğbətini qazanıb.

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol