Yeni devalvasiya dalğalarının yaşanacağı istisna olunmur – Mərkəzi Bank

Valyuta axınlarında qeyri-müəyyənliklər var.

Ortamüddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması”, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasət qarşısında duran strateji çağırışdır.

Bu, Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında əksini tapıb.

Mərkəzi Bankın bəyanatında qeyd edilib ki, bu çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcək.

Mərkəzi Bankın bəyanatında vurğulanır ki, yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər.

ABŞ-da monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol