Yeni ili hansı rənglə qarşılayaq? – FOTO

Qədim şərq təqviminə görə, qarşılamağa hazırlaşdığımız 2016-cı il qırmızı meymun ilidir.

Bu səbəbdən də elə “Yeni ili hansı rənglə qarşılayaq?” sualının cavabı da aydın görünür. Düzdür, Avropa və şərq təqvimləri bir-birinə uyğun deyil. Çində Meymun ili fevralın 8-də başlayacaq və 2017-ci ilin 27 yanvar tarixinə qədər davam edəcək. Buna baxmayaraq, belə şeylər yanvarın 1-dən daxil olan ili Çin təqviminə uyğunlaşdırmaqda heç vaxt bizə mane olmayıb. 

2016-cı ilin əsas rəngi qırmızıdır. Olduqca temperamentli, həyəcanlandırıcı və müxtəlif məna çalarları olan qırmızı rəng. Bir çox pozitiv əlamətlər qırmızı ilə bağlıdır: sevgi, ehtiras, alovlu hisslər, cazibədarlıq. Digər tərəfdən isə qırmızı həm də qəzəb, təhlükə və qadağalar rəngidir. Çünki o həm də qanın simvolu, alovun və vulkan lavasının rəngidir. Bütün bunlar o deməkdir ki, qırmızı rəng ilə ehtiyyatlı davranmaq lazımdır. 

Ümumilikdə isə qırmızının müxtəlif çalarları 2016-cı il üçün ən dəbli geyim hesab edilər bilər. 

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol