Aygün Röyanı təbrik etdi

106.3 FM-də qonaq olan xalq artisti Aygün Kazımova “əməkdar artist” adı alan Röya Ayxanı təbrik edib.

“LuxLife” xəbər verir ki, müğənni bunları deyib:

“İlin sonunda baş verən hadisələr gözəl oldu. Sənət dostlarımız şərəfli adlara layiq görüldülər. Bu adların yolunu gözləyənlər çox olub. Mən özüm “əməkdar artist” adını alanda necə sevinmişdimsə… Bilmirsən bu nə həyəcan, sevincdir. Ad alan hamı bu adlara layiq idi. Sənət dostlarımın içindən Röyanı xüsusi vurğulamaq istəyirəm. Röya mənim üçün sənət dostlarım arasında hamıdan çox bu ada layiqdir. Röya çox çalışqan, əməksevər, əsl əməkdar artistdir”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol