Bu şəhərdə yalnız qadınlar yaşayır – FOTO

Bir çoxları hesab edir ki, əgər qadınlar dünyanı idarə edərsə dünya daha yaxşı olardı.

Braziliyanın cənub-şərqində  yerləşən kəndlərin birində 1891-ci ildə xanım de Limanı, ərinə etdiyi xəyanətə görə yaşadığı yerdən qovmuşdurlar. Qovulan qadın Noiva du Korudeyru adlı icma yaratdı. Getdikcə icma böyüyüb və hazırda yaşayış məntəqəsində təxminən 600 qadın yaşayır. Şəhər sakinləri arasında bir neçə kişi var və onlar qadınlar şəhərindən 100 kilometr uzaqda yerləşən Belo Xorizonte şəhərində ara günlər çalışırlar və öz həyat yoldaşları ilə yalnız həftə sonu bir günlük görüşürlər.  Şəhər hər tərəfdən Amazon cəngəllikləri ilə əhatə olunub və sakinlər boş əraziləri əkib-becərməklə məşquldurlar. Qadınlar şəhərin bütün aspektlərini idarə edir: Dini məsələlər və bayramlardan tutmuş şəhər problemlərinin idarə olunmasınadək. Burada yaşayan qadınların həyatında romantika yoxdur, çünki kişilərin burada qalması icmada işlərin pozulmasına gətirib çıxaracaq. 

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol