Azərbaycanlı milyarderdən hər kəsi heyran qoyacaq JEST

Anasına ehsan olaraq 80 nəfər işçisinin bank borcunu ödədi. 

10 gün əvvəl məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun anası vəfat edib. Əslən Göçaydan olan milyarder yas mərasimləri bitdikdən sonra hər kəs üçün gözlənilməz olan bir addım atıb. “AzNar” şirkətində çalışan 80 nəfərin bank borcunu anasına ehsan olaraq öz üzərinə götürərək ödəyib.  

“Anamın xatirəsinə bundan gözəl ehsan ola bilməz”, – deyə Fərhad Əhmədov bildirib. 

Xatırladaq ki, Rusiyada biznes fəaliyyətinə başlayan Fərhad Əhmədov qonşu ölkənin ən nüfuzlu milyarderlərindəndir. Bir neçə il öncə Azərbaycanda da biznes fəaliyyətinə başlayan milyarder Göyçay zavodunda köhnə Nar zavodunun fəaliyyətini bərpa edib. Zavodun 150 nəfər daimi işçisi var. Nar mövsümündə isə zavodda çalışan işçilərin sayı 300-350 nəfərə qədər yüksəlir. 

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol