Qadın-kişi münasibətlərində yol verilən əsas səhvlər

Analar, rəfiqələr və qadın jurnalları – hamı əsl qadının necə olduğunu bilirlər.

Onlara inanmaq olarmı? “LuxLife” xəbər verir ki, rusiyalı psixoloq Mixail Labkovskiy ideal qadın haqqındakı miflər barədə fikirlərini söyləyir. 

1. Qadın heç vaxt ilk addım atmamalıdır. Əgər oğlan onların xoşuna gəlirsə, qız necə davranır? Oğlanın yanından keçəndə öz saçını oynadır. Gülümsəyir. Bu maksimum olanıdır. Və bunu da hər qız bacarmır. Hesab olunur ki, bu kişini qıcıqlandırmaq üçün kifayətdir. Axı kişilər təbiətcə ovçudurlar. Onlar ovun harada olduğunu bilməlidirlər. Əgər siz özünüz onu ovlamağa çalışsanız, onu sadəcə qorxudacaqsınız. 

Bütün bunlar boş şeylərdir. Əgər kişi anlasa ki, siz onun qadınısınız, heç nədən qorxmayacaq. Bir psixoloq və kişi kimi deyə bilərəm ki, ürəyiniz istəyən kimi davranın. Tabuları sındırın. Əgər ürəyinizdən kişiyə yaxınlaşaraq kofe içmək təklifi keçirsə, bunu edin. Əgər imtina etsə belə siz biləcəksiniz ki, cəhd etdiniz. 

2. İlk görüşdən seksə razılıq vermək olmaz. Bu barədə çoxsaylı nəzəriyyələr var. Misal üçün, öpüş yalnız üçüncü görüşdən sonra olmalıdır. Seks isə 6-cı görüşdən sonra. Ancaq evliliyə qədər heç nə olmaz deyə düşünənlər də az deyil. Qızları həmişə hebə öyrədirlər: kişi sübuta yetirməlidir ki, sizə qarşı hörmətlə davranır. Sizi restorana və kinoya aparır. Əgər yeməkxanalarda bir neçə görüşün ciddiyyətdən xəbər verdiyini düşünürsünüzsə, siz dərindən yanılırsınız. Əgər siz kişinin xoşuna gəlməsəniz belə, sizi dəfələrlə bahalı restoranlara apara bilər ki, axırda yatağa sala bilsin. Bu da sadəcə quş qoymaq xatirinə ola bilər. 

Gəlin bir qədər aydınlaşdıraq: əgər ilk görüşdən özünüzü ona tabe etsəniz nə baş verəcək? Bu ilk görüş həm də son ola bilər və ya böyük bir sevginin başlanğıcı. Ancaq seksin buna heç bir dəxli yoxdur. Sizin aranızda qığılcım yarandı, ya yox? Bax budur əsas sual. Əgər bir-birinizi bəyənsəniz, birlikdə olacaqsınız. 

3. Təklifi kişi eləməlidir. Bununla bəlkə razılaşa bilərəm. Ənənələri qoruyaq. Ancaq qadın ərə getmək istəyirsə, kənarda oturub əzab çəkməkdənsə, onu bildirməldir. Axı bəlkə heç vaxt təklif olmadı. Siz sadəcə sevgilinizə deyirsiniz: “Əzizim, mən ailə istəyirəm”. Əgər o istəmirsə, deməli sizin yollarınız ayrılmalıdır. Hətta onu sevirsinizsə belə. Əgər əyninizə olmayan bir paltarı bəyənirsinizsə, onu hər bir halda alası deyilsiniz ki… Bax burada da vəziyyət belədir. 

4. Kişi qazanan, qadın isə ailə ocağını qoruyandır. Sözsüz ki, bu belə deyil. Qadınlar da işləyir və çox zaman ərlərindən daha yaxşı əmək haqqı alırlar. Məişətdə kişilər öz üzərlərinə əvvəlkindən daha çox məsuliyyət götürürlər. Normal ailələrdə kişi və qadın qərarları birlikdə qəbul edirlər. 

Ayrıca bir məsələyə də toxunaq. Kişilərin çoxu həyat yoldaşlarının dadlı yemək bişirməsini xoşlayırlar. Niyə? Çünki uşaqlıqda onları anaları qidalandırıb. Ona görə də qadın onların şüur altında ana kimi bir assosiasiya yaradır. 

5. Kişi baş, qadın isə boyundur. Belə bir deyim qadının əslində manipulyator olduğunu bildirir. Kişini idarə elə, ancaq bu hiss olunmasın. Elə düşünsün ki, bütün qərarları özü qəbul edir. 

Bu stereotip də keçmişdə qalıb. Qədim dövrlərdə qadın indiki kimi azad deyildi. Ona görə müxtəlif yollarla kişini gizlin idarə etməyə çalışırdılar. Müasir normal ailələrdə isə hüquqlar bərabərdir. 

6. Xəyanətin ailəyə dəxli yoxdur. Bu adətən kişilərin səhv düşüncəsidir. Sağlam münasibətlərdə xəyanət olmur. Əgər kimsə xəyanət etmək qərarına gəlibsə, bu artıq dağıdıcı prosesin başlanğıcıdır. Ailədə problemlərin olduğundan xəbər verir. Xəyanət isə dağılma prosesini sürətləndirir. 

7. Sevgi xatirinə dözmək lazımdır. Bu da yalnış düşüncələrdən biridir. Dözmək yox, qəbul etmək lazımdır. Bunlar fərqli anlamlardır. Misal üçün əgər siz ərinizin corabları hara gəldi atmağına dözürsünüzsə, bu o deməkdir ki, sizi bu hərəkət hiddətləndirir, ancaq müharibə olmasın deyə susursunuz. Əgər siz ərinizin ərköyün olduğunu qəbul edirsinizsə, bu artıq sizi hiddətləndirmir. İçinizdə nifrət yığmır. “Mən ərimi olduğu kimi sevirəm” deyərək belə stereotipləri aradan qaldıra bilərsiniz. 

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol