Hicab əvəzinə türban: həm rahat, həm də gözəl – FOTO

“Turban” tarixən kişi və qadın aksessuarı olub, başa dəfələrlə sarınaraq bağlanan baş örtüsü növü olaraq tanınır.

O Şimali Afrikanın, Ərəbistan yarımadasının, Hindistanın və Asiya xalqları arasında geniş yayılmışdır.

Qərb aləmində isə 70-ci illərdə dəb dalğası olub, moda trendlərini yaxından izləyən xanımların qarderobunda vacib bir element dövrünü yaşamışdır. XX əsrin başlanğıcında onları mirvariləriylə bəzəyərək xanımlar çalmanı yenə də qadın aksessuarına çevirdilər. Bu dövrdə “Şərq aksessuarları”- nın dünya şöhrətli pərəstişkarları artırdı. Zərif Marlena Ditrix, valehedici Sofi Loren və təqlidedilməz Liza Teylor kimi məşhurlar bu aksessuarı özünəməxsus formalarda daşıyırdılar.

Müasir dövrümüzdə yenidən dəb geri qayıdaraq şərqə olan tələbatın artmasıyla çalmanın da yenidən hər gün istifadə etdiyimiz füsünkar bir aksesuar olduğu məlumdur.

Zaman keçdikcə turbanlar eynək və ya çanta kimi vacib aksessuara çevrilməyi bacardı. Dəb jurnallarında, məşhur ulduzların qarderoblarında, çimərliklərdə və gündəlik dəstlərdə tez-tez istifadə olunmağa başladı. O yalnız rəngarəng yay aksessuarı deyil, payız və qışda isti geyim əşyası olaraq sevilirdi.

Bununla belə, turbanın makiyaj tələblərini nəzərə almaq önəmlidir. Saçlar çalmanın altına yığılırsa, makiyaj xüsusən qüsursuz olmalıdır. Bu zaman ən önəmli digər nüans turbanın üz dərisinin tonuna və quruluşuna uyğun olmalıdır. Vacib deyil ki, turban geyinərkən saçları hər zaman onun altında gizlədəsiniz. Bu zaman çalmanız saç düzümünün bir hissəsi olacaq.

Son illərin hicab trendlərinə nəzər salsaq turbanlar heç də unudulan aksessuarlar sayılmır. Hicablı xanımlar onları çox zaman hazır çalmalardan deyil, şərfləri sarımaqla fərqli formalarda bağlamağı sevir.

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

{gallery}turban{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol