2016-cı il interyerində nələr dəbdə olacaq? – FOTO

Yeni ildə ev dekorasiyasında nələrin trend olacağını bilirsiniz?

“LuxLife” yeni ilin interyerində ən çox istifadə ediləcək rəngləri təqdim edir.

Meymun  ilində ən populyar rənglərdən biri sarı olacaq. Otağın divarlarından birini sarıya boyaya bilər və ya sarı rəngli ev əşyaları, aksessuarlar ala bilərsiniz.

Sarı rəngi açıq rənglərlə uyğunlaşdırmaq tövsiyə edilir.

İlin trendlərindən biri də qəhvəyi rəng olacaq. Divan-kreslo dəstlərini, yataq dəstini bu rəngdə seçə bilərsiniz.

Evi yüksək əhval-ruhiyyə ilə dolduran bənövşəyi, lavanda və solğun çəhrayı rəng də ən çox istifadə edilən çalarlar arasında olacaq.

İnteryerdə qış fəslinə yaraşan, insanın ürəyini qızdıran narıncı rəngdən də  istifadə edə bilərsiniz. Narıncı rəngi bej və boz rənglə uyğunlaşdırın.

İlin trendlərinə uyğun olaraq salonu və yataq otağını gümüşü güzgülər, güldanlar, şamdanlar və digər aksessuarlarla bəzəyin.

LuxLife.Az

>>> Xəbərlərimizi Facebook səhifəmizdə də izləyə bilərsiniz <<<

{gallery}int{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol