Azərbaycanda qarın hündürlüyü 1 metri keçdi

Elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir.

Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.

Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.

Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.

Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol