Mis dam örtükləri – Keyfiyyətə dəyər verənlərin seçimi – FOTO

Ən keyfiyyətli material olan misdən istifadə edərək mükəmməl memarlıq incilərini yaratmaq artıq Azərbayancanda da mümkündür. 

Mis artıq qeyd etdiyimiz kimi keyfiyyətli və uzunöçmürlüdür. Dünya memarlığında Fasad sistemlərində bu materialın tətbiqi keyfiyyəti və gözəlliyi ilə yanaşı qiymətinin münasibliyi ilə əlaqədardır. Mis fasadlar hətta daha ucuz və bahalı analoqlarından daha uzunömürlü olur. Binaların bəzədilməsində mis fasadların istifadəsi ekoloji təmizliyi də təmin edir. Bu gün dünya memarlığında mis fasad sistemlərinin tətbiqi geniş populyarlıq qazanmaqdadır. 

Armadil Group şirkəti Azərbaycanda mis dam örtükləri və fasad sistemlərini təklif edir. Dünyanın mis və mis ərintiləri nəhənginə çevrilmiş Almaniyanın KME Group şirkətinin Azərbaycandakı rəsmi distribüteri olan Armadil Group artıq bir neçə uğurlu layihəyə imza atıb. 

Armadil Group uzun illər boyu bu sahə üzrə böyük təcrübə toplayan əməkdaşlarının hər biri Almaniyada KME GROUP zavodunda təcrübə keçmiş insanlardır. Azərbaycanda reallaşdırılan hər bir layihənin keyfiyyət göstəricilərini Almaniyadan gələn mütəxəssislər təftiş edirlər. Bu isə Azərbaycanın tikinti sektorunda Alman keyfiyyətinin tətbiqi deməkdir. 

Armadil Group klassik, modern və milli üslubda dam örtükləri, fasad sistemlərinin təchizatı və quraşdırılası işində Avropa və ən qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirən şirkətdir. 

Niyə məhz mis?

Mis – memalıq, inşaat, interyer dizayn sahələrində ən çox istifadə olunan materiallardandır. Orta əsrlərdən bu günümüzə qədər Avropada və dünyada dizayn işləri üçün misdən geniş istifadə edilib. Kilsələrdən qəsrlərə qədər, evlərdən ofislərə qədər qədər müxtəlif memarlıq elementləri üçün mis materialı tətbiq edilir. Buraya dam örtükləri, gümbəzlər, novlar, qüllələr, divar birləşmələri və s. daxildir.

Misin memarlıqda istifadəsini onun uzun ömürlülüyü, korroziyaya davamlı olması, mükəmməl görkəmi, binanın cizgilərini dəyişmək imkanı ilə bağlamaq olar.

Mis ən qədim dövlərdən bəri insanların gözəllik yaratmaq üçün istifadə etdikləri materiallardan biridir. Bu gün isə misdən hazırlanmış dam örtükləri həm estetik gözəllik, həm də davamlılıq nümunəsidir. 

Mis dam örtüyünü təmizləməyə və kənar təsirlərdən qorumağa ehtiyac yoxdur. Bu xüsusilə də əlçatmaz və təhlükəli areallar üçün münasibdir.

Mis dam örtüklərinin digər bir özəlliyi isə zamanla rəngini dəyişməsidir. Əgər ilk gün dam örtüyü qızılı rəngdə olursa, bir neçə gün sonra dam hava ilə reaksiyaya girərək təbii şəkildə qəhvəyi rəngə boyanır. Uzun illər keçdikdən sonra isə rəng dəyişərək yaşıl olur. Bundan başqa, dam örtüyünün daim qızılı rəngdə olmasını istəyirsinizsə, bunun üçün də seçimlər var. Üzəri lakla örtülmüş mis dam örtüyü illər boyunca öz qızılı rəngini itirmir. 

Əsrlər boyu memarlar bu materialdan istifadə edərək uzun ömürlü binalar tikiblər. Mis dam örtükləri hər cür iqlim şərtlərində dözümlüdürlər. Üzərində formalaşan və onu hər cür təsirlərdən qoruyan patina təbəqəsi sayəsində mis materialın ömrü 700 ilə qədər uzanır. Bu müddət ərzində material öz mükəmməl görünüşünü qoruyub saxlayın. Hələ 18-ci əsrdə keçirilmiş sınaqlar göstərib ki, mis dam örtüklərini ömrü 1000 ildən də çox olur.

Orta əsrlərdə mis dam örtükləri ilə bəzədilmiş binalar gözəl görkəmlərini bu günə qədər qoruyur. Almaniyadakı Hindesşeim kilsəsinin dam örtüyü 1280-ci ildə misdən vurulub. Əsrlərin sınağından çıxan mis dam örtüyü bu günə qədər öz mükəmməlliyini qoruyub saxlayır. 

Min illərin sınağına dözmüş bu cür memarlıq abidələrinin siyahısı yüzlərlədir. 

Əsrlər boyu mis dam örtükləri yalnız görkəmli binaların üstünü bəzəyib. Orta əsrlərdə Yalnız kilsələr, qəsrlər, saraylar mis ilə örtülürdü. Bu gün isə Armadil Group şirkəti hər bir Azərbaycan vətəndaşına bu gözəl imkanlardan yayarlanmağı təklif edir.

Rəng çalarları

Armadil Group şirkətinin təklif etdiyi mis dam örtüklərinin rəng çalarları da zəngindir. “Tecu Classic”, “Tecu Patina”, “Tecu Oxid”, “Tecu İron”, Tecu Zinn”, “Tecu Bronze” kimi rəngləri misal göstərmək olar. 

Misin rəng çalarları kimyəvi üsulla rənglənməyə əsaslanmır. Bu misin ətraf mühit ilə reaksiyaya girərək qəbul etdiyi rəng çalarlarıdır. Məhz buna görə də, həmin rənglərin nə zamansa solması ehtimalı yoxdur. Hər zaman öz parlaqlığını və mükəmməl görkəmini qoruyub saxlayır. 

LuxLife.Az

{gallery}armadil_group{/gallery}

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol