Kamran Həsənli ANS-dən getdi. Xoşqədəmə isə qapı görünür – YENİLƏNİB

İxtisarla əlaqədar ANS bir neçə tanınmış sima ilə yollarını ayırıb.

QEYD: 2-ci abzas əlavə olunub: 

Onlar arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var. Bildirilir ki, K.Həsənli telekanalı komandası ilə birgə tərk edib. Əldə etdiyimiz digər məlumata görə, şirkətdə ixtisarla yanaşı əməkhaqları da xeyli aşağı salınıb.

İşdən çıxarılanların sayı iyirmiyə yaxındır. Onların əksəriyyətinin prodüserlər olduğu deyilir. Məlumata görə, bir müddət öncə Xoşqədərm Hidayətqızı ilə ATV-dən ANS-ə gələnlərə də ötən ayın əvvəlində qapı göstərildiyindən teleaparıcı məhdud kollektivlə çalışır. /mənbə: ölkə.az/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol