Kişi qadını qucaqlayanda…

Kişi qadını qucaqlayanda nələr baş verir? Hansı hisslər cilovundan çıxır, hansı emosiyalar yaranır? 

“LuxLife” xəbər verir ki, bu sualın cavabını məşhur yazıçı Devid Tumarison hər kəsin anlaya biləcəyi şəkildə yazıb: 

“Əgər kişi qadına arxadan yaxınlaşırsa, öz əlləri ilə dairəni qapayır. Onun dairəsi və özü. Bu zəriflik, hərarət, anlayış və müdafiə dairəsidir. O, həmin dairənin ən təhlükəsiz və isti yerinə qadınını gətirir. Bununla da qadına sübut edir ki, bütün kainatın mərkəzində məhz odur. Kişi qadını qucaqlayır və susur. Qadın da susur. Qadın onu qucaqlayan əllərdə isti, rahatladıcı bir elekrik duyur. 

Kişi qadını qucaqlayanda, qadının sanki qanadları çıxır. Burada ona çox rahatdır. Özünü çox yaxşı hiss edir. Bu həzin dairədə sanki əriyir. 

O nə hiss edir? Həmin vaxt o kimdir? Qadın yoxsa, qız? Sevən yoxsa sevilən? Sakitlik… Güclü və eyni zamanda zərif qollar onun çiyini örtür… Bu zaman qadın tam təslim olur… Heç nəyi gizlədə bilmir. Kişi isı onu qucaqlayır… Hər cür təhlükədən qoruyur. 

Sevdiyiniz qadını tez-tez qucaqlayın. Bunun yaratdığı emosiyaları, hisləri başqa heç nə əvəz edə bilməz. Bu sizin üçün də, qadınınız üçün də çox vacibdir”. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol