Ronaldonun anasına 82 min avroluq hədiyyə

“Oğlumun mənə hədiyyəsi olan yeni oyuncağım”.

 

Dünyanın ən çox pul qazanan futbolçularından biri olan və məşhur ABŞ iqtisadiyyat jurnalı “Forbes”ə görə 2015-ci ildə təxminən 70 milyon avro qazanan “Real” Madridin portuqaliyalı ulduzu Kristianu Ronaldu anasına doğum günündə inanılmaz hədiyyə edib.

Məşhur futbolçu anası Dolares Eveiroya doğum günü hədiyyəsi olaraq təxminən 82 min avro dəyərində “Porsche Boxter” avtomobilini hədiyyə edib.

Portuqaliyalı futbolçunun anası Dolares Eveiro İnstaqram hesabında oğlunun hədiyyəsini paylaşaraq bu sözləri yazıb: “Oğlumun mənə hədiyyəsi olan yeni oyuncağım”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol