Azərbaycanlı modeldən isti-isti FOTOSESSİYA

Azərbaycanlı model Sevinc Qasımova yeni fotolayihədə iştirak edib.

Fotoqraf Reşan Sevincin portret fotolarını çəkib. Sessy ləqəbi ilə daha çox tanınan model bu dəfə Bakı küçələrində portret fotolar çəkdirib.

“LuxLife”-a açıqlama verən model bildirib ki, çəkdirdiyi fotosessiya iştirak etdiyi layihə ilə bağlıdır. Həmin layihədə modern şəhər qızı obrazını canlandırıb.

Sevinc Qasımova açıqlamasında öz həmkarlarının da bostanına daş atıb. O açıq-saçıq fotoları ilə gündəmə gəlməyə çalışan həmkarlarını qınayıb.

“Daha çox sənətə önəm vermək lazımdır, nəinki açıq fotolarla gündəmə gəlmək. Açıq-saçıq fotolar gəldi-gedərdi. Bu cür şəkillərlə gündəmə gəlmək olar, ancaq modellik sənətində irəliləmək mümkün deyil. Müvəqqəti səs-küy yaradıb keçir. Əsl sənət isə qalıcıdır. Mən həmişə bu prinsipə əməl edirəm”, – deyə o bildirib.

LuxLife.Az

Fotolar: Reşan

{gallery}sevinc_qasimova{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol