Avstriyada Burak Özcivitə hücum çəkdilər – FOTO

Yeni il tətilini Avstriyanın Vyana şəhərində keçirmək qərarına gələn Burak Özcivit və Fahriye Evcen böyük peşmançılıq keçiriblər.

 

Keyflə başlayan tətil, arzuolunmaz hadisələrlə bitib. Cütlük Vyanada qaldıqları “Do&Co” otelinin fotosunu İnstagramda paylaşdıqdan sonra pərəstişkarları otelə hücum çəkib. Çoxlu sayda insan Burak və Fahriyeni görmədən heç yerə getməycəklərini bildiriblər. Pərəstişkar izdihamını dağıtmağa otel mühafizəçilərinin gücü çatmadığı üçün polisə də müraciət olunub.

 

Həmin vaxt şəhəri gəzməyə çıxan cütlük isə geri qayıdanda gözləmədikləri sürprizlə qarşılaşıblar. 10-dan çox polis və təcili yardım maşını otelin ətrafında barikada quraraq cütlüyün rahat bir şəkildə hava limanına getməsini təmin edib. Sənətçiləri otelin arxa qapısından çıxaraq Aeroporta gediblər. 

Qələbəliyin qarşısına çıxa bilməyən Fahriye sonradan instagram profilində bu sözləri yazıb: “Vyanadakı pərəstişkarlarımıza salamlar. Dünən yaşanan hadisələrə bizi çox məyus etdi. Hamınızı çox sevirik. Sevgilər”. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol