Dollar yenə bahalaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb.

Əvəllər isə bu hərraclar saat 15:30-da keçirilirdi.

Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi “exchange”lərdə 1,67-1,70 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.  

Günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: “Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir. Yaxın günlərdə cari tələbat qarşılanmasa, məzənnənin 1,70 AZN/USD-yə çatması mümkündür”. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol