Bakıda “Lexus” avtomobilləri də bahalaşdı

Bakıda “Lexus” avtomobilləri də bahalaşıb.

“Lexus Bakı Mərkəzindən” fins.az-a verilən məlumata görə görə, dolların bahalaşması bu avtomobillərində qiymətlərinə təsir göstərib. Belə ki, Bakıda satılan “Lexus” modelləri 38 %-ə qədər bahalaşıb. Mərkəzin satış meneceri Emin Hüseynov fins.az-a bildirib ki, hazırda mərkəzdə 2 model satılır. Bunlar 2015-ci il model 4.6 l mühərrikli “Lexus LS” və noyabr ayında təqdimatı olan 5.7 l mühərrikli “Lexus LX 570” modelləridir. Hər iki avtomobil 50 min manat bahalaşıb. Əvvəl 130 min manata satılan “Lexus LS” hazırda 180 min manatadır. “Lexus LX 570” avtomobili isə daha bahadır. Əvvəl 155 manata təklif edilən premium model indi 205 min manata satılır.

LuxLife.Az

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol