Sünnəti hansı yaşda etdirmək lazımdır? 

Uşaqlar təxminən 2-3 yaşlarında öz cinsiyyətlərini dərk etməyə başlayırlar. 

“LuxLife” xəbər verir ki, bu sözləri türkiyəli psixoloq Sibel Dinç Çalışkan deyib. 

Onun sözlərinə görə, əgər evdə qarşı cinsdən bacı-qardaş və ya tez-tez oynadığı balaca qonşu uşağı varsa, bu fərqlilikləri daha tez kəşf edib, anlaya bilirlər. 

“Tək uşaqlarda bu proses daha ləng gedə bilir.  Valideynlər hər zaman  uyğun bir dillə uşaqlarına bu mesaji verməlidirlər: “Qızlar qız olaraq doğular,qız kimi də böyüyər, oğlanlarda oğlan kimi doğular və oğlan kimi də böyüyər. Sonradan dəyişikliyə uğramazlar (yəni,qız dönüb oğlan, oğlan dönüb qız olmaz). Çünki uşaqlarda belə bir düşüncə olur ki, bütün uşaqlar oğlan olaraq dünyaya gəlir, bəzilərinin  hansısa səbələr, səhvlər üzündən pipisi kəsilir və ya qopub düşür”, – deyə o əlavə edib. 

Psixoloqun sözlərinə görə, əsasən də oğlan uşaqlarında bu fikirlər hədsiz narahatverici səviyyədə ola bilir. 

“Çünki 3-5 yaş, fallik dönəm də oğlan uşaqların ən böyük dərdi pipiləri olur, ona bir şey olacaq deyə dəli olurlar. Ona görə də bu yaş dövründə uşaqları  qətiyyən sünnət etdirmək olmaz! Qız uşaqları da mən nə etdim ki, nə günah işlədim ki pipimi kəsdilər, məndə niyə ondan yoxdur, deyə düşünə bilərlər”, – o vurğulayıb. 

Mütəxəssislərin fikrincə yeni doğulan körpəyə edilən sünnət penis xərçəngi riskini azaldır, cinsi yolla keçən xəstəliklərə yoluxma ehtimalını aşağı salır. Uroloji problemi olan, tez-tez sidik yolu infeksiyası keçirən oğlanlara məsləhət görülür.

Nə vaxt edilməlidir?

Fallik dövrdə, yəni 2-7 yaş arası sünnət etmək uyğun deyil. Üstəlik, bu dövrdə yerli anesteziya ilə sünnət etmək çox zərərlidir.

Uşağın cinsi orqanını kəşf etdiyi dövrdə bu bölgəyə ağrılı prosedur etmək irəlidə geri dönüşü olmayacaq psixoseksual və psixoloji problemlərə yol aça bilər. Əslində, ən uyğun dövr körpə 2 aylıq olana qədərki dövrdür. Bu müddət ərzində yerli anesteziya ilə çox rahat sünnət etmək olar. 2 aydan sonra körpənin şüur vəziyyəti yaxşı formalaşdığı üçün yerli anesteziya ilə bu işi gerçəkləşdirmək çətin olur.

Kim etməlidir?

Günümüzdə bir çox ailələr sünnəti hələ də dəlləklərə etdirirlər. Ancaq onların hər hansı cərrahi müdaxilə etməsi qanuna uyğun deyil. Onlar el arasında məşhur sayıla bilər, ancaq bu zaman ən az 5 problemin ortaya çıxma riski var.

Uşağın sünnətini kişi mütəxəssis etməlidir. Sünnət uşaq cərrahları və uroloqları tərəfindən aparılmalıdır.

Hansı üsul?

Sünnət mövzusunda bir çox üsul irəli sürülür. Lazerli, tikişsiz, qansız sünnət kimi növləri var. Yeni doğulan körpəyə qandal üsulu tətbiq etmək olmaz. Qandal üsulunda plastik halqa uşağın cinsi orqanına taxılır və sünnət olunacaq hissə özlüyündə düşür. Daha böyük uşaqlarda ciddi ağrıya səbəb olacağından tətbiq etmək olmaz.

Cərrahi üsul ən etibarlısıdır

Müasir dövrdə ən geniş yayılan və etibar edilən bir üsuldur. Daxili və xarici dəri kəsildikdən sonra öz-özünə əmilə bilən tikişlərlə tikilir. Bu üsulla sünnət edildikdə körpələrdə pampersin bağlanmasında, körpənin qucağa alınmasında, üzüstə yatmasında heç bir problem yaşanmır.

Yerli, ya ümumi anesteziya?

Körpə doğulandan iki aylıq olana qədər yerli anesteziya ilə edilə bilər. Daha böyük uşaqlarda isə yerli anesteziya etmək olmaz. Bu, uşaqda ciddi travmaya yol aça bilər. Ümumi anesteziya edilməli, daha sonra ağrı yaşanmasın deyə penisə ağrıkəsici inyeksiya edilməlidir.

Sünnətdən sonra hansı problemlər çıxa bilər?

Ən çox qorxulan qanaxmadır. Belə olan halda mütləq cərrahla əlaqə yaratmaq lazımdır. Bu hal ibufen kimi qanamanı dayandıran hüceyrələrin funksiyalarına mənfi təsir edən dərmanlarla, hemofiliya və ona bənzər qan xəstəlikləri ilə də bağlı ola bilər.

Sünnətdən sonra infeksiyaya yoluxma riski olduqca aşağıdır

İnfeksiya və iltihaba yoluxma ehtimalı olduqca azdır. Gigiyena qaydalarına yetərincə əməl edildiyi təqdirdə infeksiya olmaz. Müntəzəm olaraq pampersi dəyişilsə, belə hal yaşanmaz.

Penisdə kiçik göyərmələr narahat etməsin

Sünnətdən sonra penisdə şişkinlik, yerli anesteziyaya bağlı kiçik göyərmələr ola bilər. Narahat olmayın.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol