Xalq artistindən Rəqsanəyə ağır sözlər

Xalq artisi Nuriyyə Əhmədova Rəqsanənin “Allah məni o günə qoymasın ki, taksiyə minim” sözünə əsəbləşib.

Bu barədə aktrisa “ATV-maqazin” verilişində danışıb: 

“Mən niyə utanmalıyam ki, avtobusda gedirəm? Nəsibə Zeynalova kimi bir insan, Lütfəli Abdullayev kimi bir şəxsiyyət, Leyla Bədirbəyli, Siyavuş Aslan, Hacıbaba Bağırov kimi sənətkarlar iş yerlərinə qədər piyada gedirdilər. Heç bundan utanmırdılar da. Hamının maşını olmayıb ki. İnsan çiy süd əmib. Deyir, bəlkə də, onu başa salan olmayıb. Mənəm-mənəm demək düzgün deyil”. 

Nuriyyə xanım sözünün davamında kiçik oğlunun aktyor olmaq istəyindən danışıb: “Görürəm ki, onun canında-qanında bu sənətə qarşı sevgi, potensialı var. Gücüm çatdığı qədər ona bu sahədə kömək olmağa çalışacam”./Gecce.az/

LuxLife.Az 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol