Porno filmə çəkildiyi üçün fəxr edir – VİDEO

26 yaşlı amerikalı aktrisa Dakota Conson “Vogue” UK jurnalının fevral buraxılışının qonağı olub.

Gənc aktrisa jurnala müsahibəsində etiraf edib ki, “Bozun 50 çaları” filmindəki rolu ilə fəxr edir. O bildirib ki, nə qədər tez-tez ekranlarda görünürsə, ictimaiyyət o qədər aydın şəkildə onun istedadını görür. “Bunun mənim üçün kino dünyasına qapıları açdığını düşünürəmmi? Bəli. Bu film sayəsində daha çox insan mənim kim olduğumu öyrənib”.

Aktrisa kinokaryerası ilə bağlı öz qorxusunu da etiraf edib: “Niyə mənim anam kinoda çəkilmir? Axı o, qeyri-adi aktrisadır! Bəs nənəm niyə filmlərə dəvət almır? Bu biznes çox sərtdir. Nə qədər yaxşı olmağından asılı olmayaraq, bəzən lazımsızlıq hissi yaranır. Bu, çox ağırdır. Kinoya çəkilmə təklifləri olmayanda, mən nə zamansa yenidən aktrisa olacağıma şübhə edirəm”.

Dakota rollara münasibəti barədə də danışıb: “Real həyatda mən qüsursuz görünmürəm. Özü də təkcə mən deyil. Mən qəhrəmanları bəzəmədən nümayiş edən filmlərdə çəkilməyi xoşlayıram. Bu, məni daha yaxşı çalışmağa məcbur edir”.

Qeyd edək ki, Dakota Conson amerikalı aktyorlar Don Conson və Melani Qriffitin ailəsində anadan olub. Onun nənəsi isə Hollivudun korifey aktrisalarından biri olan Tippi Herdendir. Dakota “Bozun əlli çaları” filmində canlandırdığı Anasteyşa Stil obrazı ilə böyük populyarlıq qazanıb.

LuxLife.Az

{youtube}SfZWFDs0LxA{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol