Əfsanəvi rejissorun yeni filmi Bakıda – VİDEO

Yaşayan Əfsanə Kventin Tarantinonun yeni filmi Bakıda təqdim olunub. 

“LuxLife” xəbər verir ki, “Mənfur Səkkizlik” (The Hateful Eight) bu gün ilk olaraq jurnalistlər üçün nümayiş olunub. 

Filmdə baş rolları Kurt Rassel, Samuel L.Cekson, Tim Rot, Cenifer Ceyson və başqaları oynayır.

Ekran əsərində hadisələr ABŞ-da vətəndaş müharibəsindən sonra cərəyan edir. Əfsanəvi cinayətkar ovçusu Asan ləqəbli Con Rut məhbusu müşayiət edir. Yolda onlara daha bir ovçu qoşulur. Qar tufanı hər üçünü kənddən kənarda, dükanda sığınacaq axtarmağa məcbur edir. Həmin yerdə isə qarışıq dəstə – general, şerif, meksikalı, fransız və kovboy toplaşıb. Onlardan biri isə kimliyini olduğu kimi təqdim etmir.

Xatırladaq ki, sabah keçiriləcək tədbirdə qonaqları “Vəhşi Qərb” üslubunda sürpriz gözləyir. 

LuxLife.Az

{youtube}6_UI1GzaWv0{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol