Xuraman Şuşalı: “Qiymətləri aşağı saldım”

Dolların məzənnəsinin yüksəlməsi müğənni Xuraman Şuşalıya da təsir edib. 

İfaçı Axşam.az-a açıqlamasında toy qiymətlərini aşağı saldığını deyib:

“Bütün restoranlar qiymətləri qaldırıblıar. Amma mən xına mərasimlərində qiyməti aşağı saldım. Çünki insanların yüksək məbləğdə pul ödəməyə gücü yoxdur. Hamı bir-birinə kömək olmalıdır. Nə üçün kimsə pula görə istədiyi kimi toy keçirməsin ki? Onsuz da sifarişlər azalıb. Xına ilə bağlı uzun müddətdir ki, heç bir sifariş gəlmir”.

X.Şuşalı həyat yoldaşının banka krediti olduğunu da bildirib:

“Şükür ki, mənim banka borcum yoxdur. Tövbə etmişəm ki, kredit götürməyəcəm. Amma həyat yoldaşımın var. Biz bir ailəyik, büdcəmiz də eynidir. Bu borc ikimizinki də sayılır. Dolların qalxması vəziyyəti daha da çətinləşdirdi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol