Ölən şahzadənin arvadı azərbaycanlı imiş

Dünya mediası ərəb şahzadəsinin qəfil ölümündən yazır. Qaynar.info xəbər verir ki, 34 yaşlı şeyx Rəşid bin Məhəmməd Al Məktumun ürək tutmasından vəfat etməsi ilə əlaqədar atasına başsağlığı verilməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma oğlunun ölümü ilə bağlı başsağlığı verib.

Amma onun barəsində çox məhdud bilgilər var. Görəsən, kimdir bu gənc ərəb şahzadəsi?

Baş nazirin 19 övladından ən böyüyü olan Rəşidin atlara böyük marağı olub. O, elit çaparlardan ibarət bir neçə at tövlələrinə sahib olub.

Ancaq onu Azərbaycana bağlayan faktlar da var. Bir müddət qabaq onun qardaşı Həmdan Azərbaycana səfər etmişdi. Kiçik qardaşı Səid isə əslən azərbaycanlı olan Natalya Əliyeva ilə evlidir.

Şahzadələrin atasına – Məhəmməd ibn Rəşid Əl Məktuma gəlincə, 22 iyul 1949-cu ildə anadan olub. Dubayın 2-ci (1900-1958) əmiri Rəşid ibn Səyid Əl Məktumun dörd oğlundan üçüncüsüdür.

Anası şeyx Lətifə bint Həmdan ben Zaid Əl Nəhyan isə Abu-Dabi əmirliyinin hakim ailəsindəndir. Qardaşları Məktum ibn Rəşid Əl Məktum (Dubayın 9-cu əmiri), şeyx Həmdan ibn Rəşid Əl Məktum (Dubay şəhzadəsi, BƏƏ-nin maliyyə və sənaye naziri ), şeyx Əhməd ibn Rəşid Əl Məktumdur. /mənbə: Axar.az/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol