Boğaz ağrısının təbii müalicəsi

Tonzillit, yəni badamcıq iltihabı insanı həddən artıq dilxor edən bir narahatlıqdır.

Daha çox uşaqlarda müşahidə edilən bu xəstəlik böyük yaşlı insanlarda da rast gəlinir.

Türkiyəli həkim İbrahim Saraçoğlunun badamcıq iltihabına yaxşı təsir edən reseptini təqdim edir.

Həkim ilk növbədə adaçayı və əmən-köməncinin boğaz ağrıları və badamcıq şişməsinə yaxşı təsir etdiyini deyib. O, müalicə kursu haqqında danışıb: “Bir stəkan qaynamış suyun içərisinə 1 paket adaçayı və 2 sap əmən-kömənci yarpağı atın. Bu çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin. Çay dəmləndikdən sonra süzün. Badamcıq iltihabı yüngül olan insanlar gündə 3, pis halda olanlarsa 6-7 dəfə qarqara edə bilərlər. Müalicə kursu bir ay davam etməlidir”.

Bundan başqa, xəstəlik müddətində hər gün 1 stəkan adaçayı içmək olar. Alternativ müalicə üsulları üçün isə həkimə müraciət etmək lazımdır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol