TƏCİLİ: Dollar 1 manat 5 qəpiyə düşdü – FOTO 

Bu dəqiqələrdə beynəlxalq valyuta bazarında bir Azərbaycan manatı 1.0518 dollara satılıb.

Dollar bir neçə dəqiqə əvvəl həmin məzənnəyə düşüb. Məlumat Bloomberg agentliyinin valyuta diagramından götürülüb. 

Agentliyin diaqramlarından görünür ki, manat dollara nisbətən 32.79%  bahalaşıb. Bir neçə dəqiqə manat 1.05 dollar məzənnəsində qaldıqdan sonra yenidən ucuzlaşıb. Yəni 1 dollar 1.60 manat olub. 

Xatırladaq ki, manatın belə bir bahalaşması ötən gün də baş verib. Bir dollar 0.7 manata qədər olub. “Bloomberg” agentliyinin əməliyyatlar bölümündə 1 ABŞ dollarının 95,37 faiz ucuzlaşaraq, 0,0725 manata düşdüyü göstərilib. (vizual) Lakin sonradan qiymətlər artıb və dollar 1,6330 azn olub. 

Beynəlxalq valyuta bazarlarında 2 saat 10 dəqiqə müddətində dolların məzənnəsini 1.60 dan 0.072 qəpiyə endiriblər. Daha sonra isə yenidən 1.63-ə qalxıb.

Manatın qiymətinin dollara nisbətdə “qalxıb-düşməsinin” necə baş verdiyi barədə mütəxəssislərin rəyini öyrənməyə çalışacağıq. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol