Bülent Ersoy donuz qripinə yoluxdu

Müğənni xəstəxanaya yerləşdirildi.

“Beyaz TV”də yayımlanan “Söylemezsem olmaz” proqramında Bülent Ersoyun dünən xəstəxanaya yerləşdirildiyi haqda məlumat verilib.

Canlı yayıma bağlanan Bülent Ersoyun prodüseri Fevzi Siverek bunları deyib:

“Bülent xanım 1-2 gün xəstəxanada qalacaq. Analizin nəticələri hələ hazır deyil. Donuz qripi riski də ola bilər. 40 dərəcə qızdırması var, öskürür. Bu gün çıxan cavablar nəticəsində diaqnoz qoyulacaq”.

Daha sonra Bülent Ersoy verilişin aparıcısı Oya Aydoğanın telefonuna  zəng edib. O, nəfəs almaqda çətinlik çəkdiyini və boğazından test üçün nümunə götürüldüyünü söyləyib. Ersoy donuz qripindən şübhələnildiyini də sözlərinə əlavə edib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol