Seymur Baycan yazır: “Elə bilirdilər avara adamam, söz güləşdirməyə mövzu axtarıram”

Israfçılıq baş alıb gedirdi. Gəlirdilər Tiflisə, deyirdilər bu nə şəhərdir? Buranın nəyini tərifləyirsiniz? Elə bil, məhz bu sözü demək üçün Tiflisə gəlirdilər. Onlara heç nə başa salmaq olmurdu. Bu həyatın axırı yoxdu, bunun axırı pis qurtaracaq deyəndə Indi Zamin bəyin icarəyə verməyi təklif etdiyi Bayraq Meydanının dirəyini adamın gözünə soxurdular.

Hörmətli Zamin bəy “Bulvarı icarəyə verək” adlı yazısında yazır: Məni ən çox yandıran hakimiyyət nümayəndələri deyil. Şəxsən mənim onlardan hər hansı umacağım yoxdur. Necə deyərlər, keçəl dərman bilsə, birinci öz başına yaxar. Mənə təsir edən “Filan vaxtı demişdim belə olacaq” tərzində özünü aparanlardır. Prinsipcə, bunu hamımız demişik vaxtilə. Neft qurtaranda necə olacaq, “holland sindromu” nədir, daxili istehsalı qurmaq nə üçün vacibdir, monopoliya və rüşvətxorluq niyə bitməlidir, hamısı haqda milyonlarla yazı yazmışıq, şərh eləmişik, danışmışıq, ağlamışıq, saçımızı yolmuşuq, hətta hirsimizdən bəzən dombalaq aşmışıq. Ancaq xeyri olmayıb də! Olsaydı, millət və hakimiyyət bu sözləri eşitsəydi, indi bu kökə düşməzdik. Deməli, köhnə palan içi eşələməyin xeyri yoxdur”. 

Sözü gedən yazıda müəllif böhrandan çıxmaq üçün öz təkliflərin sadalayır. O, rayonlarda tikilən diaqnostika mərkəzlərini iranlı həkimlərə icarəyə verməyi, olimpiya mərkəzlərini isə broyler fabriklərinə çevirməyi təklif edir. Ən maraqlı və kreativ təklif Bayraq Meydanını icarəyə vermək təklifidir. Müəllif yazır ki, gəlin, bayraq meydanı icarəyə verək. Kim istəyir, Bayraq Meydanını pulla icarəyə götürüb, ora öz bayrağını assın. 

Indi isə gəlin, Zamin bəyə təsir etmiş məsələyə öz münasibətimizi bildirək. Ola bilsin, “filan vaxtı demişdim belə olacaq” deyənlərin çoxluğu Zamin bəyi əsəbiləşdirib. Ola bilsin, bir çox adamların bu sözü deməyə haqqı yoxdu ve özlərini ağıllı göstərmək, prosesdən geri qalmamaq, özləri özlərinə təsəlli vermək üçün bu sözü deyirlər. Belkə bu kimi adamlar və bu adamların çoxluğu, sırtıqlığı, həyasızlığı Zamin bəyin əsəbiləşməsinə səbəb olubdur.

Amma prosesə başqa bir tərəfdən baxsaq, bir dəstə adamın “filan vaxt demişdim belə olacaq” deməyə həqiqətən haqqı olduğunu görərik. Etiraf edək ki, camaatımız lap ağını çıxartmışdı. Bir az əllərinə pul keçmişdi, gözləri ayaqlarının altını görmürdü. Həyətdə meyvə çürüyürdü, mürəbbə bişirməyə ərinirdilər. Həyətdə meyvə çürüyürdü, kompot bişirməyə ərinirdilər. Gedib, mağazadan şirələr, limonadlar alırdılar. Heç gərək olmadığı halda, ev təmir edirdilər. Mebelləri dəyişirdilər. Tikirdilər, sökürdülər, sökürdülər, tikirdilər.  

Israfçılıq baş alıb gedirdi. Gəlirdilər Tiflisə, deyirdilər bu nə şəhərdir? Buranın nəyini tərifləyirsiniz? Elə bil, məhz bu sözü demək üçün Tiflisə gəlirdilər. Onlara heç nə başa salmaq olmurdu. Bu həyatın axırı yoxdu, bunun axırı pis qurtaracaq deyəndə Indi Zamin bəyin icarəyə verməyi təklif etdiyi Bayraq Meydanının dirəyini adamın gözünə soxurdular. Indi “Filan vaxtı demişdim belə olacaq” deməyə həqiqətən haqqı olan adamları elə öz qohum-əqrabaları, qonşuları tanışları lağa qoyurdular. Indi bu adamların dedikləri, proqnozları doğru çıxıbdır, bəs onlar öz qohum-əqrabalarına, tanışlarına, qonşularına, bir az əllərinə pul keçəndə gözləri ayaqlarının altını görməyənlərə “gördünüz” deməsinlər, bəs nə desinlər?

Başqaların qoyuram kənara, şəxsən mənim indi “gördünüz” deməyə tam haqqım çatır. Yazılar var ortada. O yazıları bir vaxtlar adamlar zarafat kimi oxuyurdu. Elə bilirdilər boş-bekar, avara adamam, dava etməyə, söz güləşdirməyə mövzu axtarıram. Bir yaxın qohumum vardı. Heç bir gərək olmadığı halda evi təmir elədi. Əlindəki pulu qurtardı. Kreditə evin mebellərini də dəyişdi. Neçə dəfə dedim etmə, eləmə, lazım deyil. Indi götürdüyü kredit kəndir kimi keçib boğazına. Boğur onu.

Heç bir gərək olmadığı halda, bəhsə girib, başqasına, qohuma, qonşuya yandıq vermək üçün kreditə pul götürüb yekə-yekə maşın alan, mebel alan, ev təmir edən adamların sayı minlərlədi, on minlərlədi… Hələ toylardakı israfçılıqlar. Indi bu böhran günlərində zəhmətkeşlərimiz toyda çəkdirdikləri şəkillərə baxıb, öz israfçılıqlarını xatırlasalar, çox yaxşı olar. Bəs görəsən, adamlar Evrovizion yarışması zamanı ölkəmiz tanınır deyərək, necə sevindiklərini, Avropa Oyunları zamanı necə həyacanlandıqlarını xatırlayırlarmı? Alov qüllələriylə, ən uca bayraqla, mərmər parklarla, mənasız idman yarışlarında qazanılan mənasız qələbələrlə fəxr edə bilirlərmi?

O vaxtlar onlara heç nə demək olmurdu. Sən ölkənin yaxşılığını istəmirsən, uğursuz adamsan, paxıllıq edirsən, deyib adamı asanlıqla damğalayırdılar. Haqlı ola-ola haqsız, düz söz dediyin halda boşboğaz, ölkənin və insanların yaxşılğını istədiyin halda düşmən, xain kimi görünməyi həzm etmək çox çətindir. Bu mənada şəxsən mən çox təhqir olunmuşam. Dəhşət təhqir olunmuşam. Bəs toyxana, meyxana yarışlarına göndərilən yüzminlərlə mesajlar necə, yada düşürmü? Bu yarişmaların ən şıdırğı vaxtında N. rayonuna getmişdim. Rayonda her yerə, mağazaların, gözəllik salonlarının, qəssab dükanlarının, aqacların, divarların üstünə ağ kağızlar vurulmuşdu. Kağızda isə yazəlmışdı ki,  filan yarışmada iştirak edən rayonumuzun fəxrinə sms gonderin. Guya hələ Allah qoymasa, bu rayon səviyyə baxımından o birilərdən seçilən rayon idi.

Görəsən, indi necə, yarışmalara göndərdikləri sms-lər yadlarına düşürmü?  O vaxt şəxsən mən bu yarışmalardan, ora adamların sms göndərməsindən yalan olmasın, azı əlli yazı yazmışam. Yüz demirəm, çünki nə qədər axmaq bir işlə məşğul olduğumu indi hiss etməkdəyəm. Düzdü, Zamin bəyin bu məsələyə də cavabı hazırdır. Hörmətli publisistimiz qeyd edir ki, camaat qəzet, yazı oxumurdu. Zaten oxusaydı, bu gundə olmazdı. Elə isə çox sadə bir sual ortaya çıxır. Bəs camaat qəzet oxumurdusa, nə edirdi, nə kimi işlərlə məşğul olurdu?

Elə adamlar var ki,onlar öz mövqelərini, vəzifələrini, əlindəki pulu itirməyincə onun kim, hansı səviyyənin, hansı ağılın sahibi olduğunu heç kim ona izah edə bilməz. Azərbaycan yekə bir qaz kimi görünürdü. Fürsətcil, bacarıqlı əcnəbilər bu qazı müxtəlif vasitələrlə tərifləyə-tərifləyə bacardıqları qədər yolurdular. Camaatda bu təriflərdən feziyab olurdu. 

Böhran indi adamları iki yerə bölüb. Böhrana sevinənlərə və böhrana kədərlənənlərə. Böhrana sevinənlər də öz növbəsində iki yerə bölünürlər. Böhranın həqiqətən nə olduğunu dərk edənlərə və böhranın nə demək olduğunu dərk etməyənlərə. Ikincilər sadəcə bozluqdan, hərəkətsizlikdən, ümidsizlikdən o qədər bezmişdilər ki, böhranın yaranması nəticəsində baş verən hadisələrə, adamların həyəcanlanmasına, təşvişə düşməsinə sevinirlər. Eslində isə böhranın həqiqi mahiyyətini dərk etmirlər.

Ümumilikdə götürəndə isə tarixdə iki dəfə neftin hesabına xalqımızın əlinə pul gəlibdir. Hər iki dəfə öz hərəkətləri ilə pula hazır olmadıqlarını göstəriblər. Davranışları ilə “pulu xərcləmək qazanmaqdan daha çətindir” sözünün doğruluğunu sübut ediblər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol