Zəlimxan Yaqubun vəziyyəti ağırlaşıb

Xalq şairi Zəlimxan Yaqubun səhhəti getdikcə ağırlaşır.

Şairin sağlıq durumunda yaranan problemlər gün-gündən kəskinləşir, müalicə heç bir nəticə vermir.

Ailəsindən publika.az-a verilən məlumata görə, şair həkim nəzarəti altındadır. Bütün səylərə baxmayaraq, onun sağlıq durumunda yaxşılığa doğru heç bir dəyişiklik yoxdur:

“Təəssüf ki, Almaniyadan qayıdandan bəri səhhətində müsbət irəliləyiş yoxdur. Narahatlıqları artıb. Böyrək çatışmazlığından əziyyət çəkir, böyrək köçürülməsi mümkünsüz olduğundan xəstəlik gün-gündən şiddətlənir”.

Əvvəllər həftədə bir dəfə dializ olunan xalq şairi həkimlərin qərarı ilə indi bu proseduranı həftədə üç dəfə qəbul edir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol