Tanınmış iqtisadçı: “1 dollar 3 manat ola bilər” – VİDEO

“Hazırda qeyri-leqal şəkildə ölkədən valyuta çıxarılması prosesi sürətlənir”. 

“LuxLife” xəbər verri ki, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu Kanal 13-ün “Aktual” proqramına müsabihəsində deyib. 

Onun sözlərinə görə, belə olan halda manatın məzənnəsindəki sabitliyi bərpa etmək çox çətindir. 

“Bəzən deyirik ki, Mərkəzi Bank bunu edə bilər. Ancaq Mərkəzi Bank bunu o halda edə bilər ki, iqtisadiyyatımız ölkəyə valyuta gətirsin. İndiki halda isə ixracatdan daxil olan vəsaitlər kəskin şəkildə aşağı düşür. Yaxın gələcəkdə 2 manatın və ya 3 manatın bir dollar səviyyəsində olması ehtimal olunur. İndiki halda bunun qarşısını almaq mümkün deyil. Bunun üçün gərək indiyə qədər Azərbaycanın qazandığı valyutalar manatın sabitliyinin qorunmasına xərclənilsin. Bu da havaya güllə atmaq kimi bir şeydir. İlin əvvəlindən 7 milyard dollar xərclənilib. Amma həmin 7 milyard dollar İnvestisiyalara xərclənsəydi, bunun xeyli faydası ola bilərdi. İş yerləri, vergi daxilolmaları və s”, – o vurğulayıb. 

Q.İbadoğlu bildirib ki, manatın möhkəmləndirilməsi lazımsız addım idi. Buunun ölkə üçün faydası olmadı.

LuxLife.Az

{youtube}CpnWf4LcBxQ{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol