Hadisənin Azərbaycandakı konserti ləğv olundu

Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib.

Bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib.

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə “Belə bir xəbərdən heç bir məlumatım yoxdur”, – deyə cavab verərək təkzib edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. O buna 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb. Lakin Azərbaycanın üzən məzənnəyə keçməsindən sonra ifaçının konserti təxirə salındığı bildirilirdi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol