Sevda konsert verəcək

Ötən ilin avqust ayında Yaşıl Teatrda solo konsert verən Sevda Yahyayeva növbəti canlı konsertə hazırlaşır. 

Ötən ay, öz doğum günündə sevənləri üçün imza günü təşkil edən Sevdanın konserti yanvarın 23-də baş tutacaq. Yahyayeva konsertində ən yeni və sevilən mahnılarını canlı olaraq  tamaşaçıları üçün səsləndirəcək. Qeyd edək ki, Sevdanın konsertinin prodüseri Pərviz Əsgərovdur.

Prodüserin dediklərinə görə, Sevda artıq konserti üçün məşq proseslərinə start verib.

Qeyd edək ki, “Halikarnas” restoranında baş tutacaq konsertin aparıcısı Aynur Hacıyeva olacaq. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol