Azərbaycanda İnternetin qiyməti kəskin bahalaşdı

Ölkədə internetin qiyməti qalxır.

Azərbaycanda kabel televiziyalarının təqdim etdiyi internetin qiyməti qalxır.

Criminal.az xəbər verir ki, bütün kabel televiziyalarına aid olan bu bahalaşama bu gündən qüvvəyə minir.

Hər bir paket üzrə qiymətlər 5 manat bahalaşır.

“Ailə TV”-nin əməkdaşları Criminal.az-a faktı təsdiqlədilər. Onların sözlərinə görə, bahalaşma ölkədə baş verən son iqtisadi proseslərlə bağlıdır. Dolların bahalaşması onların da işinə təsirsiz ötüşməyib.

Digər kabel televiziyalarının da bu barədə açıqlamalarını oxucuların diqqətinə çatdıracağıq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol