Stiven Siqal Bakıda hansı idmançımızı axtarıb?

Məşhur amerikalı aktyor və aykido ustası Stiven Siqalın Bakıya gəlışindən artıq bir çox KİV-lər inforrmasiya verib.

“LuxLife”-ın atv. az-a istinadən məlumatına görə, aktyorun şəhərimizi gəzməkdən və bəzi rəsmilərlə görüşməkdən başqa bir şəxsi istəyi də olub – o da əfsanəvi Azərbaycan karateçisi, 9 qat Avropa və dünyada yeganə 4qat Dünya çempionu olan Rafael Ağayevlə görüşmək idi. Sən demə, Stiven Siqal idmançımızın çoxdankı pərəstişkarı imiş. ATV.az-ın məlumatına görə, artıq dünən axşamdan bu gün səhərə kimi Gənclər və İdman nazirliyinin rəsmiləri hər zaman ictimayyətlə qaynayıb-qarışmaqda qaçan Rafaelin axtarışına çıxıblar. Və hal-hazırda bu görüş baş tutur. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol