Dərd çəkməyin, süd için

Müasir dövrün xəstəliyi olaraq bilinən stress həyatımızı çətinləşdirən, bir çox xəstəliklərə yol açan amildir. 

Bəzi insanlar stressdən xilas olmaq üçün dərmanlardan istifadə edir. Amma bu dərddən sağlam şəkildə də çıxış yolu var. Bunun ən yaxşı yolu isə nizamlı şəkildə qidalanmaqdır. Gündəlik həyatda baş verənlərə qarşı dözümlü ola bilmək üçün vaxtında və düzgün qidalanmaq lazımdır.

Tünd Şokolad

Tünd şokolad bir növ stressə qarşı vasitədir. Bu şokoladın tərkibində olan maddələr insanda ruh yüksəkliyi yaradır, xoşbəxtlik hormonlarını artırır. 

Taxıl

Aparılan araşdırmalara görə, taxıllı məhsullarından istifadə etmək stressin aradan qaldırılmasında köməklik edir. Onun stressə təsir etmə səbəbi tərkibindəki bol maqnezium olmasıdır.

Qaragilə

Bu meyvə çox faydalıdır. Qaragilədə olan maddələr stressi azaltmağa kömək edir.

Süd

Südün tərkibi B2 və B12 vitaminləri, antioksidanlarla çox zəngindir. Günə başlayanda ən azından 1 stəkan süd içmək vacibdir. Çünki südün tərkibində olan vitaminlər stressin qarşsıını almağa kömək edir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol