Keyfiniz ulqumunuzda qalmadı

Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

S.Ələkbərov qeyd edib ki, ölkədə kifayət qədər POS-terminal var: “Ticarət və ictimai-iaşə obyektlərində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna alışmır. Kartlar da kifayət qədərdir. Bu gün Azərbaycanda 6 milyondan artıq ödəniş kartı var”.

Nazir müavininin sözlərinə görə, o ki qaldı spirtli içkilərin nağdsız ödənişinə, burada prinsip etibarilə ciddi bir problem yoxdur: “Sadəcə olaraq, sənədləşmə ilə bağlı məsələlər var. Həm bizə, həm də Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, cənab Prezidentə çoxsaylı müraciətlər daxil olub ki, bu sənədləşmə işlərinin başa çatdırılmasına müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq, cənab Prezident həmişəki kimi, yenə də sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol