Röya Məlahət Abbasovadan əl çəkmir

Əməkdar artist Röya Ayxan yenə də aktrisa Məlahət Abbasovaya söz atıb. 

Müğənni M.Abbasovanı “unudulmuş aktrisa” adlandırıb: 

“Deyirəm gör necə əsərlər oxuduq… Neçə insanı sevindirdik… Bir tamaşa oynayıb, sonra da Azərbaycanı bəyənməyib tərk edən birinin məsləhətinə qaldıq. Qızı yaşdayam, bacı dedi. Sonra da unudulanların yadına düşdü.  Mən bizə yol açanı, bir stəkan çay süfrəsinə dəvət edəni görmədim. Mən ayağı boyda qız, onun həyatı boyda iş gördüm. Sonda da özünü təzədən Azərbaycana mənlə sevdirdi. Ay Röya, sənlə fəxr edirəm, unudulanları yenidən yaşadırsan. Halal olsun mənə. Bir ay keçməz yeni əsərlə ağladıb-güldürərəm sizi. Amma onu birdə çətin xatırladım”.

Xatırladaq ki, M.Abbasova R.Ayxanın “Bəyaz şou”dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu ona qarşı hörmətsizlik adlandırmışdı.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol