Təsadüf nəticəsində həyatı dəyişən əcnəbi məşhurlar – FOTO

Onlar həyatlarının belə olacağını gözləmirdilər. 

 “LuxLife” Oxu.Az-a istinadən təsadüf nəticəsində dünya ulduzuna çevrilən əcnəbi məşhurların həyat heyakəsini təqdim edir:

Bütün pulunu xərcləyərək bir yaradıcı qrup kirayəyə götürən və sınaq filmi çəkən Nicole Kidman qapı-qapı gəzərək filmini prodüserlərə izlədərək şöhrətə qovuşub.

Long Beach-də böyüyən Cameron Diaz yeniyetmə vaxtlarından Hollywood-dakı partilərə qatılmağa başlayıb. Həmin tədbirlərdən birində rəqs edərkən onu Jeff Dunas adlı tanınmış fotoqraf kəşf edib. O, Diazın “Elite” model agentliyində fəaliyyət göstərməsinə kömək edib. Buradakı beş illik fəaliyyətinin ardınca Diaz “Maska” filmində Jim Carrey-nin partnyoru olub.

Braziliyalı məşhur model Gisele Bündchen San-Pauluda, küçədə hamburger yeyərkən kəşf edilərək podiumlarla tanış olub. İndi dünyanın ən çox tələb olunan modellərindəndir.

Uzun illər barmenlik edən Bruce Willis-in həyatı da filmdə bir barmenə ehtiyac duyan prodüserin təklifi ilə bir anda dəyişib.

Model Natalia Vodiavona Rusiyanın Nijniy Novqorod şəhərinin bazarında meyvə satarkən 15 yaşında kəşf edilib. Bir model agentliyinin nümayəndəsi satılıcıq edən bu yeniyetmə qızı görür. O, iki il sonra, yəni 17 yaşında Parisdə yaşayan gələcəyi parlaq gənc bir model olur. Vodianova 2002-ci ildə varlı ingilis ailənin oğlu olan Justin Portman ilə ailə qurur. Üç uşaq sahibi olur. Daha sonra boşanan model fransız iş adamı Antoine Arnault ilə birlikdə olmağa başlayır. Onun bu əlaqədən də bir oğlu dünyaya gəlir.

Aktrisa Pamela Anderson məktəb illərində  “Lions” komandasının bir matçına gedir. Cazibədar sarışın geyindiyi pivə reklamlı köynəyi ilə diqqət çəkməyi bacarır. Bir pivə firmasının nümayəndələri onu reklam çəkilişinə dəvət edirlər. Daha sonra Anderson dünya kinosunun ulduzuna çevrilir.

Şansını kinoda sınamaq üçün Los-Ancelesə gedən Charlize Theron-a anası bir miqdar pul və tək gedişlik bilet verir. Həftələr keçməsinə baxmayaraq bir nəticə əldə edə bilməyən Theron, hesabında qalan son pulu çəkmək üçün banka gedir. Çeki qəbul etməyən xəzinədarla mübahisə edərkən menecer John Crosby-nin diqqətini çəkir. Crosby Theron-dan aktrisa olub olmadığını soruşur. Theron isə “aktrisa deyiləm, amma olmaq istəyirəm” cavabını verincə şans onun üzünə gülür.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol