Xatirə aşığı yaman əsəbləşdirdi – VİDEO

Aşıq Mübarizlə müğənni Xatirə İslam söz davasına çıxıblar.

Sənətçi “Hər şey daxil” verilişində bəzi rayon musiqiçilərini tənqid edib:

“Oxuya bilənlə, oxuya bilməyən eyniləşib. Rayona toya gedəndə görürsən ki, hərəsi bir notla ifa edir. Eləsini görəndə canlı oxumuram”.

X.İslamın bu sözləri aşıqı əsəbiləşdirib:

“Ola bilsin ki, Xatirə xanım rayonda zəif musiqiçi ilə qarşılaşıb. Elə ən yaxşı musiqiçilər, əjdahalar rayonlardan çıxıb. Kimsə sənətə gəlib oxuyursa, demək ona ehtiyac var. Mənim də yaşım az deyil, rayondan gəlmişəm. Musiqiçi zəifdirsə, onu efirdə demək olmaz. Heç bir musiqiçi zəif deyil. Ola bilsin ki, ilk dəfə bir yerdə olmusunuz, bir-birinizi başa düşməmisiniz”.

X.İslam isə “Siz məndə heç vaxt səhv tuta bilməzsiniz. Bütün musiqiçilərə cavabdeh ola bilməzsən. Elə ifaçılar var ki, əlinə sənət alıb, amma oxuya bilmir” deyə, cavab verib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol