Sofi Lorenin şərəfinə hazırlanmış dodaq boyası hazırlandı – FOTO

Əfsanəvi aktrisa Sofi Loren onun şərəfinə yaradılmış Dolce & Gabbana Sophia Loren №1 dodaq boyasını təqdim edib.

Aktrisanın 81 yaşı münasibətilə hazırlanmış krem teksturalı dodaq boyası yetişmiş albalı çalarındadır. Məhsul italiyalı aktrisanın bilavasitə iştirakı ilə hazırlanıb, Sophia Loren №1 qızıl futlyarını isə onun avtoqrafı bəzəyir.

Limitli dodaq boyası kolleksiyasının satışları sentyabrın 21-dən etibarən başlayıb. Reklam kampaniyasının çəkilişlərində Sofi Loren şəxsən iştirak edib.

LuxLife.Az

{youtube}EdeqIsNuFng{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol