“Chevrolet” şirkəti ondan maşın alan azərbaycanlını belə peşman elədi – FOTO

Bir zamanlar bəh-bəhlə üç illik zəmanət deyib insanlara maşın satan Chevrolet şirkəti indi sözündən qaçır.

Şirkət bu günə qədər reklam kampaniyalarında üç illik zəmanəti önə çəkərək çox adama maşın sata bilib. Maşın alanlar isə ən azı üç illik təmir xərclərindən azad olacaqlarını zənn edərək bu şirkəti seçiblər. Amma vəd olunan üç illik zəmanət sözdən o tərəfə keçməyib. Yalnız reklam kampaniyalarının posterlərinin “bəzəyinə” çevrilib. Alıcılar isə xarab maşınları ilə qalıblar Chevrolet-in Azərbaycanda rəsmi distrübuteri olan “Performance Center” şirkətinin həyətində. Şirkət onlara satdığı keyfiyyətsiz maşınlara indi yaxın durmur.

Criminal.az-a dərdini yazan sürücü Ziya Səfərəliyev deyir ki, aldığı 99-EK-233 dövlət nömrə nişanlı Chevrolet Aveo avtomobilinin də zəmanəti var. Ancaq şirkət zəmanət öhdəliklərindən boyun qaçırır. İstehsalçının səhvi ucbatından baş verən nasazlığı aradan qaldırmaqdan imtina edir.

Şirkət onlara satdığı keyfiyyətsiz maşınlara indi yaxın durmur.

“Mən 99-EK-233 nömrəli Chevrolet Aveo markalı maşının sahibi kimi Chevrolet servisin elektrik şöbəsinin və Zəmanət şöbəsinin işindən, həmçinin müştəriylə davranlş tərzindən cox narazıyam. Mən avtomobili alarkən 100.000 km və ya 3 il müddətində zəmanətlə almışam. Hazırda avtomobil 43.000 km sürülüb və 2016-cı ilin may ayına qədər zəmanətlidir. 2015-ci ilin may ayında maşında əyləc pedalının sürüşmə işığı (ABC) yanmağa başladı. Servisin elektrik bölməsində əyləc pedalının sensorunu (datçik) dəyişdilər, bir neçə gün sürdükdən sonra yenidən işıq yanmağa başladı. Yenidən köhnə datçiki yerinə bağlayıb yeni datçiki özlərinə götürdülər ki, geri qaytarmalıyıq”.

Şikayətçinin sözlərinə görə, müəyyən müddət müzakirədən sonra “Body” adlanan hissəni dəyişməyə qərar verdilər. Vurğuladılar ki, bu hissə bahalı hissədir. Avtomobil 5 ay sürüldükdən sonra yenidən həmin problem yarandı. 2016-cı il yanvarın ilk günlərində Servisə getdim, problemin təkrarlandığını söylədim, usta bir neçə dəqiqə tormoz pedalında iş gördükdən sonra dedilər ki, get yenə sür, düzəlməlidi. Həmçinin, bu iş zəmanətli olsa da ustanın əziyyət haqqını da mənim ödəməli olduğumu bildirdilər, Zəmanət şöbəsi ödəmir, sən ödə, ustanın əziyyətinə girməyək, ödədim. Onu da deyim ki, problem tormoz sistemiylə bağlı olduğu üçün problemli vəziyyətdə maşını sürməyin necə təhlükəli olduğu məlumdu.

“Problem tormoz sistemiylə bağlı olduğu üçün problemli vəziyyətdə maşını sürməyin necə təhlükəli olduğu məlumdu”

Z.Səfərəliyev deyir ki, bir neçə gün sonra yenə həmin problem təkrarlandı, yəni sürüşmə işığı yandı12.01.2015 tarixdə yenidən Servisə yaxınlaşıb problemin düzəlmədiyini bildirdim. 2 saat mənə heç bir şey demədilər, gözləməkdən yorulub yaxınlaşdım Vüqar adlı məsul əməkdaşa. Mənə bildirdi ki, biz may ayında datçiki geri qaytarmalıydıq, ancaq sənədlərə görə geri qaytarılmamış kimi görünür, onu axtarıb tapa bilmirik. Bunun mənim problemim olmadığını, daxili məsələniz olduğunu deyəndə, başladı mübahisə etməyə ki, bəlkə datçik geri qaytarılmadığı üçün onu dəyişən ustaya problem yaranacaq, tutulacaq, 2 saatdan çox gözləyəndə nə olar ki, 2-3 gün də gözlə bəlkə tapıldı.

Onu da bildirdi ki, may ayında dəyişdiyimiz “body” adlı hissə də xarab çıxsa dəyişməzlər, zavod bizə ehtiyat hissəsi vermir (Bu barədə Chevrolet firmasına sorğu göndərəcəyik). Əllərində isə həmin datçikdən bir ədəd var idi, dedi bilmirəm bu təzədi ya yox. Tələb edəndə ki həmin ehtiyat hissəsini yerləşdirin, dedi ki, bəlkə təzə deyil, usta niyə əziyyət çəkməlidir ki. Dedim razıyam, bəs siz necə məni tormoz sistemi normal işləməyən maşınla yola salırsız, bəs mənim təhlükəsizliyim?

“Bu şirkətin güvən verici bir şirkət olmadığını düşünməli oluruq”

Dedi istəyirsən sür, istəyirsən yox, gözlə. Bu problemi Zəmanət şöbəsinin işçisinə də bildirdim, bir neçə dəfə gəlib qayıtdı, heç bir cavab da verə bilmədi. Sualım budur ki, Chevrolet firması və ya Servisi həqiqətənmi müəyyən əziyyətlə Sizin firmadan avtomobil əldə edən müştəriyə bu cür davranmalıdı, yoxsa bir neçə nəfərin məsuliyətsizliyi ucbatındanmı biz şikayət etmək məcburiyyətində qalırıq və bu şirkətin güvən verici bir şirkət olmadığını düşünməli oluruq? Tormoz sistəminin nə dərəcədə təhlükəli olğunu bilən məsul şəxslər niyə bu qədər təhlükəsizmiş kimi davranırlar? Müştərini məmnun yola salmaq bu qədərmi çətindi?”.

“Performance Center” şirkətinin marketinq meneceri Anar Fətəliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, şirkətin avtomobillərinə zəmanət avropa tərəfindən verilib. Onun sözlərinə görə, zəmanətlə bağlı Bakıdakı nümayəndəlik hər hansı qərar verə bilməz:”Zəmanətə düşən hissə varsa Avropaya göndərilir. Əgər həmin hissə zəmanətə düşürəsə, problem aradan qaldırılır. Bəzən müştərilər baha olduğuna görə zəmanətə düşməyən hissəni də zəmanətə salmaq isytəyitr. Şirkətimizə belə narazalıqlarla müraciətlər olur. Biz də bu kimi problemləri yoluna qoymağa çalışırıq. Ancaq zəmanətlə bağlı problem ola bilməz”.

Şirkət rəsmisi əlavə etdi ki, onlarla bağlı yaranmış problemin mətbuatda işıqlandırılması çıxış yolu deyil:”Çıxış yolu mətbuat deyil, Chevrolet-in özüdür. İşimizi doğru görürük və bu işdə verdiyimiz qərarda ıstandatrtdan kənara çıxmrıq. Sizin şikayətçinin də problemi sizin saytda yazılan məlumatla dəyişməyəcək. Onun avtomobili ya zəmanətə düşəcək, ya da yox. Həmin müştəri ilə əlaqə saxlayıb maraqlanacağıq”.

Oxucu isə deyir ki, problem məhz zəmanət öhdəlikləri ilə bağlıdır və bununla bağlı dəfələrlə şirkətə müraciət edib. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol