Nazəninlə Təranənin məhkəməsindən xəbər var

Müğənnilər Təranə Qumral və Nazənin Salayevanın Apellyasiya Məhkəməsi baş tutduğu barədə xəbər yayılıb. Təranə Qumralın vəkili Vüqar Səfərli bildirib ki, məhkəmə qərarına əsasən Təranə Qumral həmkarı Nazənin Salayevanın şərəf və ləyaqətini alçaltmasına görə 10000 (on min ) manat yox, cəmi 500 manat ödəyəcək.

“LuxLife” bildirir ki, Nazənin bu xəbəri təkzib edən açıqlama ilə çıxış edib:

“Biz hüquqi bir dövlətdə yaşayırıq. Qanunlarımız var. Haqqında yazılan məhkəməni uduzmağım, iddiamın rədd olunması barədə yazılanlar yalan və həqiqəti özündə əks etdirməyən xəbərlərdir. Hər zamakı kimi əks tərəf yalan, yalnış məlumatlar yaymaqla məşğuldurlar. Bakı appelyasıya məhkəməsinin sözü gedən qətnaməsi mənə rəsmi qaydada təqdim olunan kimi sizlərə və dəyərli mediya nümayəndələrinə tərəfimdən şəxsən təqdim olunacaq. Mənim şərəf və ləyaqətim hər şeydən üstündür. Heç kim məni təhqir edə bilməz. Məhkəmənin qətnaməsində qeyd edildiyi kimi Təranə Qumral məndən üzr istəyəcək. Onun mənə ödəyəcəyi mənəvi ziyanla bağlı pula isə ehtiyacım yoxdu.

Görün nə qədər savadsız insanlar var ki, deyir mən məhkəməni udmuşam. Əgər sən appelyasiya məhkəməsini udmusansa, onda ali məhkəməyə şikayət vermə. Udan adam özü özündən şikayət edər? Bu qədər milləti çaşdırmaq lazım deyil. Sən hələ üzr istəyəcəksən necə lazımdır”

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol