Bakıda böyrəyi oğurlanmış uşaq haqqında yeni əhvalat – FOTO – AUDİO

İnternetin çoxdankı istifadəçiləri yəqin ki, Bakıda itkin düşmüş, bir neçə gündən sonra isə böyrəyi çıxarılaraq geri qaytarılmış oğlan uşağı haqqında eşidiblər. 

“LuxLife” 1news.az-a istinadən bildirir ki, uşağın cibində belə bir məktub da var idi: “Böyrəyə görə təşəkkür edirik”. Uşağın cibində 100 dollarlıq da var idi.

Həmin əhvalat yenə də üzə çıxıb. Bu dəfə bakılı bir xanım sosial şəbəkədə bu barədə yazmışdı. Bu yazıda da cinayətkarların ünvanına lənətlər yağdırılırdı. qısa zamanda məlumat İnternetdə yüksək sürətlə yayıldı. Zaman-zaman uşağın oxuduğu məktəb və başqa təfərrüatlar da əlavə olundu. Ancaq paylaşım edən xanımın özünü tapmaq mümkün olmadı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə polisə belə bir müraciətin daxil olmadığını bildirib.

İnternetdə belə məlumatlar yayılır, amma məlumatların haradan çıxdığı bilinmir. Çünki polisə rəsmi müraciət daxil olmayıb.

Çox maraqlıdır ki, sosial şəbəkələrdə insanları təşvişə salan insanlar nə məqsəd güdürlər? Niyyətləri nədir?

Sosial şəbəkələrdə yayılmış məlumatların ekran görüntülərini təqdim edirik.

LuxLife.Az

 

 

 

 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol