Bakıda bayram namazı – FOTO

Azərbaycanda Qurban bayramı qeyd edilir. Bu münasibətlə Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

“LuxLife” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

LuxLife.Az

{gallery}bayram_namazi{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol